AÇIQLAMA
Xəbərlər / 2 Sentyabr 2019 | 14:45965
AÇIQLAMA

“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib. Klub rəhbərliyinin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının III turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun müraciəti qəbul olunub.