Afinada bir qol
Xəbərlər / 28 İyul 2017 | 01:16471
Afinada bir qol

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 1:0

UEFA Avropa Liqası. III təsnifat mərhələsi, ilk oyun

27 iyul. Saat 22:30. Afina. “Apostolos Nikolaidis” stadionu

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Yanis Mejeckis (Latviya)

Qol: Gilyerme Molins, 37 (pen.)

Sarı vərəqə: Vitali Vernidub, 42 

Artırılan vaxt: I hissədə 0 dəq.; II hissədə 3 dəq.

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə ilk oyununu keçirib. Səfərdə keçirilən qarşılaşma Afinada baş tutub. “Qırmızı-qaralar” II təsnifat mərhələsinin “Yagelloniya” ilə cavab matçı ilə müqayisədə oyuna 1 dəyişikliklə başlayıb. Zədədən sonra heyətə qayıdan Baqali Dabo ilk “11-lik”də yer alıb. Ad gününü qeyd edən hücumçu Famoussa Konenin yerinə start heyətdə qərarlaşıb.

İlk dəqiqələrdən oyuna fəal başlayan “Pantinaikos” üstünlüyə yiyələnib. Topa nəzarəti ələ alan meydan sahibləri əsasən cinahlarla hücumlar təşkil edib. Sol və sağ cinahda xüsusi fəallıq göstərən afinalıların təhlükəli həmlələrinin qarşısını müdafiə xətti ilə qapıçı alıb. “Qırmızı-qaralar” hissənin ortalarında oyunda tarazlıq yaratmağa nail olub. Mərkəzlə daha çox hücum edən “Qəbələ” bir neçə dəfə rəqib qapısında gərginlik yaradıb. Filip Ozobiçin cərimə meydanı xaricindən qüvvətli zərbəsi daha yaddaqalan olub. Lakin rəqib qolkiper inamlı oynayıb. Yunanıstanlılar qısa müddətə itirdikləri üstünlüyü yenidən ələ alıb, hücumlarını davam etdirib. Daha kəsərli həmlələr təşkil edən afinalıların bir neçə təhlükəli zərbəsini Dmitri Bezotosnı dəf edib. Rəqib hücumlarının birində top İlqar Qurbanovun əlinə toxunub. Hakimin təyin etdiyi penaltini Gilyerme Molins dəqiq yerinə yetirib – 1:0. Qoldan sonra “Panatinaikos” daha da fəallaşıb. Bu hücumlardan biri Vitali Vernidubun sarı vərəqə alması ilə nəticələnib.

İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. Fasilədən az sonra Bezotosnı rəqib futbolçunun qapıçı meydanının küncündən endirdiyi zərbəni dəf edib. Az sonra isə Vojislav Stankoviç yunanıstanlıların qapıya ünvanlanan zərbəsinin qarşısını alıb. 57-ci dəqiqədə Deyv Bultuisun cinah ötürməsini 7-8 metrdən qapıya göndərmək imkanı əldə edən Dion Malonenin zərbəsi alınmayıb. Hissənin ortalarında əvəzetmələrdən istifadə edən meydan sahibləri yenidən təşəbbüsü ələ alıb. Ardıcıl hücumlar təşkil edən “Panatinaikos”un fərqi artırmasına müdafiə xətti və bir neçə dəfə ustalığını nümayiş etdirən Bezotosnı mane olub. Epizodların birində isə qapı dirəyi komandamızı xilas edib. Əsasən əks-hücumlar təşkil edən “qırmızı-qaralar” son dəqiqələrdə bir neçə zərbə ilə diqqət çəkib. Lakin hesab dəyişməyib.

Beləliklə, Afinada vurulan 1 qol meydan sahiblərinə minimalhesablı qələbə qazandırıb. Komandalar arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.

“Panatinaikos”

99. Odisseas Vlaxodimos

7. Omri Altman

(6. Kristos Donis, 87)

8. Gilyerme Molins

(18. Lusiano, 70)

10. Zeka (k)

17. Robin Lod

21. Dmitres Korbelis

23. Niklas Hult

26. Dmitrios Kolovetsios

31. Rodriqo Moledo

39. Anastasios Çatziqiovanis

(11. Brayan Kabezas, 70)

78. Usman Kulibali

 

Ehtiyat oyunçular: 

27. Konstantinos Kotsaris

5. Nuno Reys

41. Stefanos Evangelo

49. Sotiris Pispas

Baş məşqçi: Marinos Ozounidis

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Vojislav Stankoviç

9. Baqali Dabo

12. Endi Hallidey

14. Cavid Hüseynov (k)

15. Vitali Vernidub

16. Dion Malone

(45. Famoussa Kone, 76)

18. İlqar Qurbanov

19. Filip Ozobiç

21. Deyv Bultuis

28. Stiven Jozef-Monroz

 

Ehtiyat oyunçular: 

23. Aqil Məmmədov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

8. Qismət Əliyev

11. Asif Məmmədov

34. Ürfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk