Ağdam təmsilçisi ilə 14-cü görüş
Xəbərlər / 18 Dekabr 2011 | 20:00936
Ağdam təmsilçisi ilə 14-cü görüş

“Qəbələ” 2011-ci ildə son oyununu “Qarabağ”a qarşı keçirəcək. Unibank Premyer Liqasının XVIII turunun dekabrın 21-də baş tutacaq qarşılaşma rəqiblərin 14-cü dueli olacaq. İndiyədək yalnız çempionatda görüşən tərəflərin indiyəqədərki 13 matçında üstünlük “Qarabağ”ın tərəfindədir. Komandamız 3 qələbə qazanıbsa ağdamlılr 6 dəfə sevinən tərəf olub. Top fərqində ağdamlılar 18 :13 hesabı ilə öndədir.

 Amma rəqiblərin Qəbələdiki 7-ci duelinə meydan sahibləri müsbət əhval-ruhiyyə ilə çıxacaq. Çünki “Qarabağ” son 3 səfər matçında qələbəyə həsrətdir. Komandamızın evdəki 1187 günlük məğlubiyyətsizliyi 2 qələbə və 1 heç-heçədən ibarətdir. Özü də son 2 matçda qonaqlar Qəbələni xalsız tərk edib. Həm də “Qarabağ”la evdəki son 5 matçda komandamız mütləq qol vurur. Yalnız ilk matçda “Qəbələ” qonaqların qapısına yol tapa bilməyib.

 Ümumilikdə isə komandaların duellərini 2 mərhələyə bölmək olar. 2006-08-ci illəri əhatə edən ilk dövrdə “Qarabağ” güclülər dəstəsi təcrübəsi olmayan “Qəbələ”ni bütün oyunlarda məğlub edib. Bu 5 matçlıq məğlubiyyət seriyasından sonra üstünlük komandamızın tərəfinə keçib. Son 8 qarşılaşmada 3 qələbə, 4 heç-heçəsi olan “Qəbələ” yalnız 1 dəfə məğlubiyyət acısı dadıb.

 

2006/07

20.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Qarabağ (Ağdam)

0:2

2006/07

22.02.2007

Premyer Liqa

Qarabağ (Ağdam) - Gilan (Qəbələ)

3:2

2007/08

06.10.2007

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2007/08

13.04.2008

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

2:1

2008/09

20.09.2008

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:2

2008/09

15.03.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

23.09.2009

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:0

2009/10

06.12.2009

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

1:1

2009/10

21.03.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

3:1

2009/10

24.04.2010

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

1:1

2010/11

25.09.2010

Premyer Liqa

Qəbələ - Qarabağ (Ağdam)

2:1

2010/11

13.02.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

3:0

2011/12

27.08.2011

Premyer Liqa

Qarabağ (Ağdam) - Qəbələ

0:1