Aişə Qurbanlı Avropa Kubokunun qızılına sahib oldu
Cüdo / 20 İyul 2013 | 23:14980
Aişə Qurbanlı Avropa Kubokunun qızılına sahib oldu

Azərbaycanı və "Qəbələ" İdman Klubunu Polşada keçirilən Gənclərin Avropa Kubokunda təmsil edən cüdoçumuz Aişə Qurbanlı uğurlu çıxışla yadda qalıb. Finaladək inamla qələbələri sıralayan idmançımız həlledici görüşdə rumıniyalı Denisa Ungureanu ilə üz-üzə gəlib. Bu qarşlaşmada da bacarığını nümayiş etdirən Aişə rəqibinə şans verməyib və turnirin qızıl medalına yiyələnib. Cüdoçumuz bu qələbəni 48 kq çəki dərəcəsində qazanıb. Turnirin ilk günündə mübarizəyə qoşulan digər "Qəbələ" idmançısı Mərdan Qədirli medalçılar sırasına düşmək şansını son anda əldən verib. Üçüncü yer uğrunda görüşdə məğlub olan cüdoçumuz yarışı beşinci sırada tamamlayıb.
Sabah sözügedən yarışda daha iki "Qəbələ" təmsilçisi tatami üzərinə çıxacaq. 55 kq-da Mehman Sadıqov, 66 kq-da isə Cəlil Cəlilov mübarizəyə qoşulacaq.