Alim Nəbiyevdən növbəti qələbə
Xəbərlər / 25 İyun 2017 | 18:52727
Alim Nəbiyevdən növbəti qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Alim Nəbiyev növbəti qələbəsini qazanıb. Təmsilçimiz 2017-ci ildə ilk döyüşünü Çində keçirib. Alim kikboksinq üzrə “Kunlun Fight” turnirinə uğurla start verib. O, çinli idmançı Çanq Yanqla qarşılaşıb. İdmançımız hər üç raundda rəqibindən üstün olduğu döyüşdən 30:27 hesablı qələbə ilə ayrılıb. Bununla da Nəbiyev “Kunlun Fight”ın dünya çempionu titulu uğrunda növbəti turnirdə mübarizə aparmaq imkanı qazanıb.