Alim Nəbiyevin debütü Fransada gerçəkləşəcək
Xəbərlər / 27 Oktyabr 2017 | 17:37783
Alim Nəbiyevin debütü Fransada gerçəkləşəcək

“Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. İdmançımız kikboksinq üzrə nüfuzlu “Glory” yarışlarında debüt edəcək. Nəbiyevin ilk döyüşü oktyabrın 28-də baş tutacaq. O, Fransa təmsilçisi Cimmi Vienotla qarşılaşacaq. Döyüş Fransanın Lion şəhərində baş tutacaq.