Alim Nəbiyevin Rotterdam sınağı
Xəbərlər / 8 Dekabr 2017 | 18:06677
Alim Nəbiyevin Rotterdam sınağı

“Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək. Təmsilçimiz sabah baş tutacaq “Glory 49” turnirində qüvvəsini sınayacaq. Yarımorta çəki dərəcəsində çıxış edən Nəbiyev təşkilatın sabiq çempionu Niki Holtskenlə üz-üzə gələcək. Döyüş Hollandiyanın Rotterdam şəhərində keçiriləcək. 

Xatırladaq ki, “Glory” yarışlarında debütü bu ilin oktyabrında gerçəkləşən Alim Lionda təşkil olunan ilk döyüşündə Fransa təmsilçisi Cimmi Vienota qalib gəlmişdi. Holtsken isə “Glory” seriyalı turnirlərdə keçirdiyi 13 döyüşdə 11 qələbə qazanıb, 2 dəfə məğlub olub.