Almaniyada ikinci medal
Taekvondo / 10 Aprel 2016 | 20:501054
Almaniyada ikinci medal

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının daha bir üzvü Avropa Taekvondo Birliyinin Almaniyanın Bonn şəhərində təşkil etdiyi “DTF Presidents Cup” beynəlxalq turnirində medal qazanıb. G2 kateqoriyalı yarışa qatılan Məcid Sofiyev turniri fəxri kürsüdə başa vurub. 54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici döyüşdə məğlub olan Sofiyev yarışı gümüş medalla bitirib.
Bu, “Qəbələ” idmançılarının Bonnda təşkil olunan turnirdə 2-ci medalıdır. Sofiyevə qədər 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov da fəxri kürsüyə qalxıb. O, yarışın ilk günündə gümüş medal əldə edib.