Amin Seydiyevin transferi ilə bağlı razılıq əldə olundu
Xəbərlər / 21 May 2020 | 10:59416
Amin Seydiyevin transferi ilə bağlı razılıq əldə olundu

“Qəbələ”nin futbolçusu Amin Seydiyev “Sabah” klubuna transfer olunacaq. 22 yaşlı müdafiəçinin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. “Qəbələ” və “Sabah” arasında razılaşma 2019/20 mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan futbolçu karyerasını Bakı təmsilçisində davam etdirəcək.

Xatırladaq ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib. O, komandada 39 oyun keçirib, 1 qol vurub.