Antalya gündəliyi – 02.02.2018
Xəbərlər / 2 Fevral 2018 | 22:38276
Antalya gündəliyi – 02.02.2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 13-cü gününü başa vurub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçirilən məşq prosesi meydançada baş tutub. Günün ikinci yarısına təsadüf edən hazırlıqda futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.