Antalya gündəliyi – 08.01.2017
Xəbərlər / 8 Yanvar 2018 | 23:16191
Antalya gündəliyi – 08.01.2017

2017-18-ci illər mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. Antalya şəhərində hazırlıq keçən “qırmızı-qaralar” qonşu ölkədəki 4-cü günü iki məşqlə tamamlayıb. Komanda üzvləri günün ilk yarısında fitnes zalında çalışıb. Futbolçular fiziki hazırlıq təmrinlərini icra ediblər. Meydanda baş tutan ikinci məşq toplu çalışmalardan ibarət olub. Zədədən sonra kollektivə qoşulan Dion Malonenin fərdi məşqlə kifayətləndiyi hazırlıq ikitərəfli oyunla yekunlaşıb.