Antalya gündəliyi – 11.01.2017
Xəbərlər / 11 Yanvar 2017 | 23:11203
Antalya gündəliyi – 11.01.2017

2016-2017-ci il mövsümünün ikinci yarısına hazırlaşan "Qəbələ" bu gün Türkiyəyə yollanıb. Komandamız Antalyada təlim-məşq toplanışına start verib. Hazırlığın 1-ci günündə “qırmızı-qaralar”ın ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib.