Antalya gündəliyi - 12.01.2018 - Video
Xəbərlər / 12 Yanvar 2018 | 22:43301
Antalya gündəliyi - 12.01.2018 - Video

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. “Akhisar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra bir günlük istirahət verən “qırmızı-qaralar” məşqlərini bərpa edib. Komandamız toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib. Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun yetirmələri toplu çalışmalara üstünlük veriblər.