Antalya gündəliyi – 13.01.2018
Xəbərlər / 13 Yanvar 2018 | 22:33252
Antalya gündəliyi – 13.01.2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir. “Qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komandamız sabah – yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.