Antalya gündəliyi – 16.01.2018
Xəbərlər / 16 Yanvar 2018 | 23:24223
Antalya gündəliyi – 16.01.2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirir. “Qırmızı-qaralar” Antalya toplanışının 12-ci gününü başa vurublar. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesində toplu çalışmalara üstünlük verib.

Bu, yanvarın 5-də start götürən toplanışın 1-ci mərhələsində son məşq olub. Sabah İsveçrənin “Sürix” komandası ilə yoxlama matçı keçirəcək “qırmızı-qaralar” mərhələni başa vuraraq 3 günlük istirahətə buraxılacaq.