Antalya gündəliyi - 17.01.2017
Xəbərlər / 17 Yanvar 2017 | 23:59273
Antalya gündəliyi - 17.01.2017

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 7-ci gününü yekunlaşdırıb. “Qırmızı-qaralar” bu gün iki hazırlıq keçib. Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzəri məşğələ ilə kifayətləniblər. Günün ikinci hissəsində baş tutan məşq prosesində isə “qırmızı-qaralar” toplu çalışmalarla hazırlıq keçib. 
Xatırladaq ki, sabah “Qəbələ” Antalyada ikinci yoxlama oyununa çıxacaq. Komandamız Rumıniyanın “Qaz Metan” klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.