Antalya gündəliyi – 22.01.2018
Xəbərlər / 22 Yanvar 2018 | 23:43231
Antalya gündəliyi – 22.01.2018

“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir. “Qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 2-ci gününü başa vurub. Roman Qriqorçukun rəhbərliyi altında çalışan komandamız günü iki məşqlə yekunlaşdırıb. Futbolçularımız səhər məşqini fitnes zalında keçirib. Onlar fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər. Günün ikinci yarısında isə oyunçular meydanda məşq ediblər. Onlar toplu və topsuz çalışmaları yerinə yetiriblər.