Antalya gündəliyi – 25.01.2018
Xəbərlər / 25 Yanvar 2018 | 22:32306
Antalya gündəliyi – 25.01.2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 5-ci gününü başa vurub. Komandamız günü tək məşqlə tamamlayıb.
Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günün ilk yarısında hazırlıq keçib. Məşq meydanda baş tutub. Futbolçular qruplara bölünərək məşq edib. Onlar qrup halında toplu və topsuz çalışmaları yerinə yetirib.