Antalya Gündəliyi – 28.01.2012 Fotoreportaj
Xəbərlər / 28 Yanvar 2012 | 20:00327
Antalya Gündəliyi – 28.01.2012 Fotoreportaj

Antalyanın Belek bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” bugün iki məşqlə təlim-məşq toplanışının 9-cu gününü yekunlaşdırıb.Komanda günün ilk yarısında əsasən uzaqdan qapıya zərbələr üzərində çalışıb. Günə toplu çalışmalar  və ikitərəfli oyunla yekun vurulub. Məşqlərdə zədəli olan Vurğun Hüseynov, ayağında ağrılar hiss edən Pavel Doreşev və icazəli Deon Barton iştirak  etməyib.  

Sabah isə “Qəbələ” Antalyada üçüncü  yoxlama oyununda gücünü sınayacaq. Komandamız Rumıniyanın “Vitorul Konstanta” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 17:00-da baş tutacaq.