Antalya gündəliyi – 28.01.2018
Xəbərlər / 28 Yanvar 2018 | 23:19200
Antalya gündəliyi – 28.01.2018

2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının növbəti gününü başa vurub. “Qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 8-ci gününü tək məşqlə yekunlaşdırıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşq prosesi meydançada gerçəkləşib. Günün yeganə hazırlığı zamanı futbolçular müxtəlif qruplara bölünərək məşq keçib. Onlar toplu və topsuz çalışmaları yerinə yetirib.