Antalya gündəliyi 30.01.2018
Xəbərlər / 31 Yanvar 2018 | 00:16173
Antalya gündəliyi 30.01.2018

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 10-cu gününü başa vurub. Komandamız günü axşam məşqi ilə yekunlaşdırıb. Günün yeganə hazırlığı meydançada baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.

Xatırladaq ki, komandamız sabah hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Rəqib Çexiyanın "Bohemians" kollektivi olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Gloria Sports Arena”da baş tutacaq.

Yoxlama oyunu

31 yanvar

18:00. “Qəbələ” (Azərbaycan) – “Bohemians” (Çexiya)

Gloria Sports Arena