Arif İsayevin qolu “Qəbələ”yə yetmədi - Fotoreportaj
Xəbərlər / 24 Yanvar 2012 | 20:00104
Arif İsayevin qolu “Qəbələ”yə yetmədi - Fotoreportaj

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ikinci hazırlıq matçında Ukraynanın “Krivbass” klubu ilə qarşılaşıb. Komandalar meydançaya aşağıdakı  heyətlərlə çıxıblar:

“Qəbələ”: Pavel Doroşev (Qrem Smit), Saşa Yunisoğlu (Sergey Sokolov), Daniel Kruz (Nodar Məmmədov), Lyubo Baranin (Stiv Olfers), Mahir Şükürov (Ürfan Abbasov),  Bruno da Silva (Yaşar Abuzərov) ,  Veselko Trivunoviç (Tərzin Cahangirov),  Deon Burton (Nuran Qurbanov), Luis Hilario Dodo (Arif İsayev),  Viktor Mendi (Rövşən Əmiraslanov), Yannik Kamanan (Murad Hüseynov)

“Krivbass”:  Andrey Federenko, Vitaliy Lisitskiy, Rinar Valeyev, Yuriy Qobovda, Ruslan Kostışin, Valeriy Federçuk, Sergey Samodin, Raduş Protiç, Mladen Bartuloviç,  Uça Lobjanidze, İrji Eslinek. 

Matç “Krivbass”ın 2:1-lik qalibiyyəti ilə yekunlaşıb. Komandalar fasiləyə qolsuz bərabərliklə yollansalar da, ikinci hissənin 70-ci dəqiqəsində “Krivbass” cərimə zərbəsindən hesabı açıb. Ukraynalıların heyətində ikinci hissədə meydançaya çıxan Dmitriy Lyopa fərqlənib. Cəmi 5 dəqiqə sonra “Qəbələ” Arif İsayevin zərbəsi ilə hesabı bərabərləşdirib.  Matçın yekun hesabını isə Vladimir Lisenkonun 82-ci dəqiqəsində vurduğu qol müəyyənləşdirib.