Assisin qolu «Qəbələ»yə yetmədi
Oyun icmalı / 21 Aprel 2013 | 15:42810
Assisin qolu «Qəbələ»yə yetmədi

“Neftçi” – “Qəbələ” 2:1 

21 aprel 2013. Saat 18:00. “Baksell Arena” stadionu. 1000 tamaşaçı
Baş hakim:  Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Munis Abdullayev 
Dördüncü hakim:  Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Mahir Şükürov, 35 ; Flavio Aleks Valensio, 63; 66 // Aleksandr Çertoqanov, 37 ; 65 ; Rəşad Abdullayev, 44 ; Elmar Baxşıyev, 66
Qırmızı vərəqələr: Flavio Aleks Valensio, 66 // Aleksandr Çertoqanov, 65
Qollar:  Denis Silva Kruz, 53; Nikolas Kanales, 69 // Rodriges Assis, 15
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

Topaz Premyer Liqasının XXVII turunda "Qəbələ" səfərdə "Neftçi" ilə qarşılaşdı. Paytaxta ciddi itkilərlə yollanan "qırmızı-qaralar"ın heyətində Viktor Mendi, Amit Quluzadə, Ceyhun Sultanov və Vurğun Hüseynov yer almamışdı. 
Matç meydan sahiblərinin hücumları ilə start götürsə də, dəqiqələr irəlilədikcə "Qəbələ" mübarizəni bərabərləşdirməyə müvəffəq oldu. 15-ci dəqiqədə isə qonaqların hücumları öz bəhrəsini verdi. Valentiç-Çertoqanov paslaşmasını sonuncunun cərimə meydançasına asmasından sonra Assis başla tamamladı və komandasının fasiləyə üstünlüklə yollanmasını təmin etdi.
İkinci hissə "Neftçi"nin üstünlüyü ilə başladı. 53-cü dəqiqədə bu üstünlük özünü hesabda da biruzə verdi. Denis Silva status-kvonu bərpa etdi - 1:1.
65 və 66 dəqiqələr müvafiq olaraq "Qəbələ" və "Neftçi"nin azlıqda qalması ilə yaddaqalan oldu. Öncə Aleksandr Çertoqanov, ardından isə Flavio ikinci sarı vərəqə ilə cəzalandırıldılar. Gərgin və maraqlı mübarizə şəraitində keçən matçın 69-cu dəqiqəsində "Neftçi" hesabda irəli çıxdı. Müdafiəçilərimizin səhvindən yararlanan Kanales topu tora qovuşdurdu. Matçın qalan dəqiqələrində hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişməsdi və "Qəbələ" paytaxtdan əliboş döndü.           

“Neftçi”

30. Saşa Stamenkoviç
3. Denis Silva Kruz 
4. Tərlan Quliyev 
(28. Emin Mehdiyev, dəq.83)
5. İqor Mitreski
6. Rəşad Sadiqov (k)
9. Flavio Aleks Valensio
10. Julius Vobay
(16. Bruno Bertuççi, dəq.78)
11. Nikolas Kanales
(14. Bahodir Nasimov, dəq.89)
15. Erik Fabian Ramos
17. Araz Abdullayev
22. Mahir Şükürov

Ehtiyat oyunçular:

12. Emil Balayev
19. Mirhüseyn Seyidov
25. Cavid İmamverdiyev
32. Elvin Yunuszadə

Məşqçi: Tərlan Əhmədov

“Qəbələ”

25. Dieqo Kosta Silva
6. Nikola Valentiç
8. Kristian Pulhak 
(5. Luka Zinko, dəq.75)
11. Yannik Kamanan
(10. Luis Paulo Hilario, dəq.69)
15. Omar Kalabane
18. Aleksandr Çertoqanov
21. Elmar Baxşıyev
22. Rodriges Assis  
27. Rəşad Abdullayev (k)
35. Tərzin Cahangirov
(28. Müşfiq Teymurov, dəq.87)
84. Dejan Kelhar

Ehtiyat oyunçular:

30. Anar Nəzirov 
16. İfeanyi Emeqara
38. Rey Məmmədbəyli
39. Sadiq Quliyev

Məşqçi: Luis Antoni Araqon

Luis Araqon: “Gərgin oyun oldu, komandam sona kimi mübarizə apardı. İlk hissədə hesabda irəlidə idik. İkinci hissədə isə qarşılıqlı hücumlar oldu. İmkanlarımızdan yararlana bilmədik, məğlub olduq. Fikrimcə, bu oyunda heç-heçə də ola bilərdi”.

Tərlan Əhmədov: “Oyunun ağır keçəcəyini bilirdik. Kubok oyununun ardından bu oyunu keçirdiyimiz üçün komandada yorğunluq hiss olunurdu. İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə əzmkar oyun ilə qalib gələ bildik. Zədəli oyunçularımız sağalmağa başlayır. Qarşıda “Qarabağ”la kubok oyunumuz var. Bütün fikrimizi bu oyuna yönəldəcəyik”.