Avropa Kubokundan bürünc medalla
Cüdo / 17 Mart 2014 | 11:08553
Avropa Kubokundan bürünc medalla

Ötən il Avropa Birinciliyində 55 kq çəki dərəcəsində Azərbaycanı və "Qəbələ" İdman Klubunu uğurla təmsil edən və vətənə bürünc medalla dönən Rüfət Tağızadə yenə eyni uğuru təkrarlayıb. Antalyada keçirilən Avropa Kubokunda bu dəfə daha ağır çəkidə - 60 kq-da mübarizəyə qoşulan Tağızadə  turniri 3-cü pillədə yekunlaşdırıb. Xatırladaq ki, 60 kq ən çox cüdoçunun mübarizə apardığı çəki dərəcəsi olub. Bu çəkidə 42 idmançı medallar uğrunda tatamiyə çıxıb.