Avropa Kubokundan gümüş və bürünc medalla
Cüdo / 29 Aprel 2014 | 07:02737
Avropa Kubokundan gümüş və bürünc medalla

"Qəbələ" İdman Klubunun çüdoçuları İtaliyada keçirilən Gənclərin Avropa Kubokundan 2 medalla dönüblər. Yarışa Azərbaycan milli komandasının tərkibində 5 "Qəbələ" cüdoşusu yollanıb. Onlardan Mehman Sadıxov (60 kq) gümüş medala, Cəlil Şükürov (100 kq) isə bürünc medala sahib olub. 90 kq çəki dərəcəsində mübarizə aparan Vasif Şərbətli turniri 5-ci yerdə tamamlayıb.