Avstriyada ikinci sınaq
Xəbərlər / 15 İyun 2017 | 15:32623
Avstriyada ikinci sınaq

Avstriyanın Tirol bölgəsindəki İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir. Gündə iki dəfə məşq edən “qırmızı-qaralar” ikinci yoxlama oyununu keçirəcək. Komandamız bu gün Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu qarşılaşma Roman Qriqorçukun yetirmələrinin mövsümlərarası dövrdə ikinci sınağıdır. Komandamız ilk matçında yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gəlmişdi. “Qırmızı-qaralar”ın bugünkü rəqibi “Axmat” uzun illər “Terek” adı ilə çıxış edən Qroznı təmsilçisidir. Çeçenistan klubu 2016/17 mövsümündə Rusiya Premyer Liqasında 5-ci yeri tutub. Bu nəticə 1958-ci ildə yaradılan klubun tarixində çempionatlarda əldə etdiyi ən yüksək göstəricidir. “Terek” həm də 2003/04 mövsümündə Rusiya kubokunun qalibi olub. Məhz həmin uğur qroznılıların avrokuboklarda debütünə imkan verib ki, 2004/05 mövsümü klubun tarixində qitəmiqyaslı turnirlərdə yeganə çıxış olub.

 

Yoxlama oyunu

15 iyun

20:00. “Qəbələ” – “Axmat” (Rusiya)