AZAL - «Qəbələ»: 36-cı qarşılaşma
Xəbərlər / 17 Mart 2017 | 01:09439
AZAL - «Qəbələ»: 36-cı qarşılaşma

Bu həftə Topaz Premyer Liqasında XXIII turun oyunları keçiriləcək. “Qəbələ” səfərdə AZAL-la qarşılaşacaq. Bakıda keçiriləcək görüş rəqiblərin mövsümdə 6-cı dueli olacaq. Üç dəfə Premyer Liqada qarşılaşan komandalar Azərbaycan kubokunun 1/4 finalında da 2 matç keçirib. Bu 5 matçdan dördündə qalib gəlib, yalnız birində heç-heçə ilə kifayətlənən “Qəbələ” 8 qol vurub, birini buraxıb.
Ümumilikdə isə “AZAL Arena”da keçiriləcək görüş rəqiblər arasında 36-cı matç olacaq. İndiyədək 29 çempionat və 6 kubok görüşündə “Qəbələ” AZAL-la üz-üzə gəlib. Son 6 oyunda uduzmayıb, 5 dəfə qalib gələn “qırmızı-qaralar” ümumi balansda da üstündür. Komandamız 14 dəfə qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə uduzub. 39 qol vuran “Qəbələ” 38 top buraxıb.
Premyer Liqa görüşlərinə gəlincə, ilk dəfə 11 il öncə qarşılaşan rəqiblər yubiley – 30-cu duelə çıxacaq. Çempionatda hərəyə 10 dəfə 3 xal qazanan komandalar 9 dəfə bərabərliklə ayrılıb. Top fərqində isə bakılılar öndədir – 34:33.
Ümumilikdə isə 18-ci dəfə rəqiblər AZAL-ın meydanında qarşılaşacaq. Əvvəlki 14 çempionat və 3 kubok duelində bərabərlik hökm sürür. “Qəbələ” də, paytaxt təmsilçisi də 7 qələbə qazanıb, 3 dəfə heç-heçəyə təsadüf olunub. Meydan sahibləri top fərqində üstünlüyə malikdir – 26:22.
“Qəbələ”nin AZAL-ın qapısından keçirdiyi 39 topdan 4-ü avtoqolla gerçəkləşib. Digər 35 qola 20 futbolçumuz imza atıb. Ən çox fərqlənənlər indi də komandamızda olan Cavid Hüseynovla Filip Ozobiç rəqib qapısından 4 top keçiriblər. Kənan Kərimov 3, Ruslan Qurbanov, Asif Məmmədov, Aleksey Qay, Daniel Subotiç, Viktor Mendi, Fərzad Hatəmi və Kristian Torres isə 2 dəfə qol sevinci yaşayıb. 

2006/07 mövsümü
Premyer Liqa
04.11.2006. Gilan (Qəbələ) - Olimpik (Bakı) - 0:3
Xaqani Məmmədov, 32, Yovan Drobnyak, 41, Vidadi Rzayev, 80
03.05.2007. Olimpik (Bakı) - Gilan (Qəbələ) - 3:1
Xaqani Məmmədov, 25, Pathe Banqura, 27, Namiq Əliyev, 62 - Vitali Balamestnı, 33
2007/08 mövsümü
Premyer Liqa
02.09.2007. Qəbələ - Olimpik (Bakı) - 0:1
Fərrux İsmayılov, 38
15.03.2008. Olimpik (Bakı) - Qəbələ - 2:0
Junivan Suares, 22, Fabio Luis Ramim, 80
2008/09 mövsümü
Premyer Liqa 
18.10.2008. Olimpik (Bakı) - Qəbələ - 1:0
Revaz Qetsadze, 4
Azərbaycan kuboku, 1/4 final
25.02.2009. Qəbələ - AZAL (Bakı) - 1:1
Kənan Kərimov, 67-p. - Bəşir Müqədi, 35-p.
11.03.2009. AZAL (Bakı) - Qəbələ - 0:1
Fərzad Hatəmi, 66
Premyer Liqa 
12.04.2009. Qəbələ - Olimpik (Bakı) - 1:1
Fərzad Hatəmi, 49 - Leandro Qomeş, 86
2009/10 mövsümü
Premyer Liqa 
17.10.2009. Qəbələ - Olimpik-Şüvəlan  (Bakı) - 2:1
Kənan Kərimov, 60, Alves dos Santos, 68-öz qapısına - Anatoli Doroş, 55
Azərbaycan kuboku, 1/8 final
04.11.2009. AZAL (Bakı) - Qəbələ - 2:0
Anatoli Doroş, 73; 74
11.11.2009. Qəbələ - AZAL (Bakı) - 1:0
Kənan Kərimov, 90-p.  
Premyer Liqa 
02.02.2010. Olimpik-Şüvəlan (Bakı) - Qəbələ - 0:2
Kristian Torres, 11, 43
2010/11 mövsümü
Premyer Liqa
23.10.2010. Qəbələ - AZAL (Bakı) - 0:0
19.12.2010. AZAL (Bakı) - Qəbələ - 2:2
Qvidas Yuska, 45+5, Robert Petrov, 90 - Arif İsayev, 3, Milan Antiç, 19
2011/12 mövsümü
Premyer Liqa 
19.08.2011. Qəbələ - AZAL (Bakı) - 1:1
Deon Barton, 50 - Viktor İqbekoyi, 43
05.11.2011. AZAL (Bakı) - Qəbələ - 3:0
Tales Şütz, 49, 68, Tərlan Xəlilov, 90+1
2012/13 mövsümü
Premyer Liqa
29.09.2012. Qəbələ - AZAL (Bakı) - 0:0
03.03.2013. AZAL (Bakı) - Qəbələ - 6:1
Viktor İqbekoyi, 17, Cavid Tağıyev, 47, 60, Branislav Arsenyeviç, 71, Zohair Benouahi, 77, Con Olufemi, 90+3 - Mustafa Dabo, 12
2013/14 mövsümü
Premyer Liqa
15.09.2013. AZAL (Bakı) - Qəbələ - 1:2
Con Oluremi, 3 - Viktor Mendi, 9, Daniel Subotiç, 31
22.11.2013. Qəbələ - AZAL (Bakı) - 1:0
Leonardo da Silva, 72
19.02.2014. AZAL (Bakı) - Qəbələ - 1:2
Nedo Turkoviç, 39-p. - Daniel Subotiç, 44, Şəhriyar Rəhimov, 71-öz qapısına
12.04.2014. Qəbələ - AZAL (Bakı) - 0:0
2014/15 mövsümü
Premyer Liqa
30.08.2014. Qəbələ - AZAL (Bakı) - 1:2
Cavid Hüseynov, 82-p. - Rəşad Abdullayev, 45+1-p., Kərim Diniyev, 68 
20.11.2014. AZAL (Bakı) - Qəbələ - 3:3
Eduardo Makiel, 32, Viktor İqbekoyi, 50, Freddi Mombonqo, 80 - Laşa Kasradze, 23-öz qapısına, Markinyos, 70, Cavid Hüseynov, 87-p.
06.02.2015. Qəbələ - AZAL (Bakı) - 0:1
Rəşad Abdullayev, 90+3-p.
05.04.2015. AZAL (Bakı) - Qəbələ - 0:4
Cavid Hüseynov, 24, 41-p., Viktor Mendi, 26, Ekiqo Ehiosun, 86
2015/16 mövsümü
Premyer Liqa
15.08.2015. AZAL (Bakı) - Qəbələ - 0:2
Aleksey Qay, 45+1-p., Aleksey Antonov, 76
28.10.2015. Qəbələ - AZAL (Bakı) - 0:0
30.03.2016. AZAL (Bakı) - Qəbələ - 2:1
Tural Hümbətov, 54, Murad Səttarlı, 73 -  Aleksey Qay, 37-p.
15.05.2016. Qəbələ - AZAL (Bakı) - 2:0
Asif Məmmədov, 21, Kamil Hüseynov, 87-öz qapısına 
2016/17 mövsümü
Premyer Liqa
19.09.2016. Qəbələ - AZAL (Bakı) - 3:0
Filip Ozobiç, 31; Ruslan Qurbanov, 56; Roman Hüseynov, 65
06.11.2016. AZAL (Bakı) - Qəbələ - 0:0
Azərbaycan kuboku, 1/4 final
13.12.2016. Qəbələ - AZAL (Bakı) - 2:1
Filip Ozobiç, 61; Ruslan Qurbanov, 74 - Mirzağa Hüseynpur, 37 
21.12.2016. AZAL (Bakı) - Qəbələ - 0:1
Asif Məmmədov, 53
Premyer Liqa
08.02.2017. Qəbələ - AZAL (Bakı) - 2:0
Filip Ozobiç, 64-p.; 90+3