AZAL - «Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 17 Mart 2017 | 20:33275
AZAL - «Qəbələ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XXIII turunun təyinatları açıqlanıb. Martın 18-19-da keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Turun son oyun günündə AZAL ilə qarşılaşacaq “Qəbələ”nin görüşünə də təyinat alan rəsmilər müəyyənləşib. Bakıdakı “AZAL Arena”da baş tutacaq görüşü Ömər Paşayev idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Akif Əmirəli olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Rövşən Əhmədov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Ramiz Abdullayev olacaq. 
Xatırladaq ki, martın 19-da baş tutacaq AZAL - “Qəbələ” matçı saat 15:30-da başlayacaq. 

Topaz Premyer Liqası
XXIII tur
19 mart (bazar)
15:30. AZAL – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
“AZAL Arena”