Azərbaycan birinciliyində 3 medal
Boks / 5 Mart 2018 | 00:011039
Azərbaycan birinciliyində 3 medal

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. “Qəbələ” İdman Klubunun təmsilçiləri yarışda uğurla çıxış ediblər. 2002-2003 təvəllüdlü yeniyetmələrin Boks Mərkəzində baş tutan yarışında idmançılarımız 3 medal qazanıblar. 6 gün davam edən yarışda iki boksçumuz finala qədər irəliləyib. Yalnız həlledici qarşılaşmada uduzan Nihad Ağakişiyev (44 kq) və Nurlan Qasımov (70 kq) birinciliyin gümüş medalına yiyələnib. Mübarizəni yarımfinalda dayandıran Nihad Qurbanov (50 kq) bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 375 idmançı mükafatlar uğrunda mübarizə aparıb.