Azərbaycan kubokunda 5 medal - Fotolar
Boks / 11 Oktyabr 2014 | 08:18141
Azərbaycan kubokunda 5 medal - Fotolar

Boks üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub. Oktyabrın 7-10-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də iştirak edib. 10 çəki dərəcəsində təşkil olunan yarışda klubun 9 idmançısı mübarizə aparıb. “Qəbələ” boksçularından beşi kuboku fəxri kürsüdə başa vurub. 
64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor yarışın qalibi adını qazanıb. O, finalda Heybətulla Hacəliyevə qalib gəlib – 3:0. Həlledici qarşılaşmaya vəsiqə qazanan Kamran Şahsuvarlı isə 75 kq çəki dərəcəsində 2-ci olub. “Qəbələ” təmsilçisi gərgin mübarizədə Nikolay Veselova uduzub – 1:2.
Klubun digər 3 boksçusu kubokda 3-cü yeri tutub. Nihad Seyidov 60, Elvin Qəmbərov 81, Rahil Məmmədli 91 kq çəki dərəcəsində bürünc mükafat əldə edib.