Azyaşlı cüdoçularımızın növbəti uğuru
Cüdo / 17 Mart 2014 | 10:44849
Azyaşlı cüdoçularımızın növbəti uğuru

"Qəbələ"nin azyaşlı cüdoçuları paytaxtda 2004-2005, 2006-2007 təvəllüdlü idmançılar arasında keçirilən 9 saylı Uşaq Gənclər İdman Məktəbinin açıq birinciliyində uğurlu çıxışla yadda qalıblar. Sevindirici haldır ki, yarışa Qəbələ şəhər bölməmizdə cüdonun sirlərinə yiyələnən idmançılar qatılıblar. Paytaxta 9 cüdoçudan ibarət heyətlə gələn komandamız 7 medala sahib olub. Kərim Səfərəliyev (21 kq), Sübhan Mirzəyev (24 kq), Təbriz Cabbarov (30 kq) qızıl, Nihat Bəşirov (27 kq), İbrahim İsayev (30 kq), Qismət Məmmədli (34 kq) gümüş, Təbriz Bağırov (30 kq) isə bürünc medal qazanıb.