«Bakı» ilə 22-ci duel
Xəbərlər / 26 Aprel 2012 | 09:42312
«Bakı» ilə 22-ci duel

“Qəbələ” həftəsonu keçiriləcək Premyer Liqanın XXX turunda “Bakı”  klubu ilə görüşəcək. Aprelin 29-da baş tutacaq ev oyunu bu rəqiblə 22-ci matç olacaq. Paytaxtın eyniadlı təmsilçisi “Qəbələ üçün çətin rəqiblərdən sayılır. Belə ki, əvvəlki 21 qarşılaşmanın balansı heç də meydan sahiblərinin xeyrinə deyil.

15 çempionat və 6 kubok oyunu arxada qoyan rəqiblərin duellərində 2 qələbəsi olan “Qəbələ” sonuncu dəfə 2010-cü il mayın 1-də qalib gəlib. Sonrakı 730 gündə keçirilən 7 oyunda “Qəbələ”nin hesabında 2 heç-heçə və 5 məğlubiyyəti var. Ümumilikdə isə 14 dəfə qalib gələn “Bakı” ilə oyunlarda ”Qəbələ” 5 dəfə heç-heçə edib. Top fərqində də bakılılar öndədir - 27:9. 

Çempionatda 15 matçda bakılıların 11, Qəbələ təmsilçisi 2 qələbəsi var. 2 heç-heçəsi olan rəqiblərin bu duellərində “Bakı” 21, “Qəbələ” 7 qol vurub. Kubokdakı 3 dueldə baş tutan 6 oyunda “Bakı” 3 qələbə qazanıb və 3 heç-heçə edib. Qələbə qazanmamasına baxmayaraq “Qəbələ” 1 dəfə penaltilər seriyasında mərhələ keçməyi bacarıb. Top fərqində isə paytaxt təmsilçilərinin üstünlüyü hiss olunur – 6:2. 

2006/07

29.10.2006

Premyer Liqa

Bakı - Gilan (Qəbələ)

1:0

2006/07

21.11.2006

Azərbaycan kuboku, 1/8 final

Gilan (Qəbələ) - Bakı

0:2

2006/07

02.12.2006

Azərbaycan kuboku, 1/8 final

Bakı - Gilan (Qəbələ)

1:0

2006/07

18.04.2007

Premyer Liqa

Gilan (Qəbələ) - Bakı

0:1

2007/08

19.08.2007

Premyer Liqa

Qəbələ - Bakı

2:0

2007/08

24.02.2008

Premyer Liqa

Bakı - Qəbələ

3:0

2007/08

06.03.2008

Azərbaycan kuboku, 1/4 final

Bakı - Qəbələ

1:1

2007/08

20.03.2008

Azərbaycan kuboku, 1/4 final

Qəbələ - Bakı

1:1, p.4:3

2008/09

09.11.2008

Premyer Liqa

Bakı - Qəbələ

3:0

2008/09

25.04.2009

Premyer Liqa

Qəbələ - Bakı

0:1

2009/10

31.10.2009

Premyer Liqa

Qəbələ - Bakı

0:2

2009/10

13.02.2010

Premyer Liqa

Bakı - Qəbələ

2:0

2009/10

28.03.2010

Premyer Liqa

Bakı - Qəbələ

1:1

2009/10

01.05.2010

Premyer Liqa

Qəbələ - Bakı

1:0

2010/11

22.08.2010

Premyer Liqa

Bakı - Qəbələ

2:1

2010/11

23.12.2010

Premyer Liqa

Qəbələ - Bakı

0:1

2010/11

03.03.2011

Azərbaycan kuboku, 1/4 final

Qəbələ - Bakı

0:0

2010/11

08.03.2011

Azərbaycan kuboku, 1/4 final

Bakı - Qəbələ

1:0

2011/12

07.08.2011

Premyer Liqa

Qəbələ - Bakı

0:0

2011/12

26.11.2011

Premyer Liqa

Bakı - Qəbələ

2:1

2011/12

01.04.2012

Premyer Liqa

Bakı - Qəbələ

2:1