Başsağlığı
Xəbərlər / 28 Dekabr 2011 | 20:00805
Başsağlığı

“Qəbələ” Futbol Klubuna ağır itki üz verib. Bugün səhər saatlarında klubun əməkdaşı Elnur Müdaxirov və atası İttifaq Müdaxirov avtomobil qəzasında dünyalarını dəyişiblər. 2010-cu ildən klubda fəaliyyət göstərən Elnur gələcək vəd edən təbii ot örtüyü mütəxəssislərindən hesab olunurdu. “Qəbələ” Futbol Klubunun kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. 

ALLAH RƏHMƏT ELƏSİN