Belçikadan 3 medalla
Taekvondo / 7 Aprel 2014 | 07:12496
Belçikadan 3 medalla

Yeniyetmələrdən ibarət yığma komandamızın heyətində ənənəvi "Belgian Open" turnirində iştirak edən "Qəbələ" taekvondoçuları uğurlu çıxışla yadda qalıblar. Belçikanın Lommel şəhərində baş tutan yarışda təmsilçilərimiz 3 medal qazanıblar. Orxan Tağızadə (+65 kq) və Diana Hacıəliyeva (41 kq) rəqiblərinə heç bir şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qasım Aslanov (53 kq) turniri bürünc medalla yekunlaşdırıb. 
Xatırladaq ki, "Qəbələ" turnirdə 4 idmançı ilə təmsil olunub.