«Bu durum qələbə üçün kifayət deyildi»
Xəbərlər / 16 Aprel 2017 | 19:03546
«Bu durum qələbə üçün kifayət deyildi»

Topaz Premyer Liqasının XXVI turunun “Kəpəz” - “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Kəpəz”i və məşqçisini təbrik edirəm. Onlar yaxşı və gözəl qələbə qazandılar. Bu gün rəqib bizdən güclü oldu. Bu matç mövsümdə yeganə görüşdür ki, oyuna görə də rəqibə uduzduq. Bunu qəbul edib, analiz aparmaq, nəticə çıxarmaq lazımdır. Cari mövsümdə belə halla üzləşməmişdik. Məğlubiyyətin səbəblərindən biri psixoloji, emosional cəhətdən hazır olmamağımızdır. Bu durum qələbə üçün kifayət deyildi. Başa düşürdük ki, bizə yalnız qələbə lazımdır. Bəlkə də bu üzdən müəyyən qədər oyun alınmadı. Həm də “Kəpəz”in günü idi. Onlar sürətli, mübariz, həvəsli oynayırdı. Mövsümün gedişində hakimliklə bağlı problemlər olsa da, son matçlar da belə halla üzləşməmişik. Meydan ən yaxşı durumda olmasa da, o qədər də pis vəziyyətdə deyil ki, orda oynamaq olmasın. Uduzmağımız üçün bunlar səbəb deyil. Heyətlə bağlı hər hansı səhv etdiyimizi və ya bu addıma təəssüfləndiyimizi deyə bilmərəm. Analizlər əsasında heyəti müəyyənləşdiririk. Ən hazırlıqlı oyunçuları matça buraxmışdıq. Oyunun sonlarında yaşanan ikitərəfli hücumlarla zəngin futbol azarkeşlərə maraqlı gəlsə də, mən bunu xoşlamıram”.