“Bu qələbədən arxayınlaşmaq olmaz”
Xəbərlər / 12 Mart 2012 | 10:09312
“Bu qələbədən arxayınlaşmaq olmaz”

Premyer Liqanın 23-cü turunda “Neftçi” üzərində qazanılan möhtəşəm qələbədən sonra komandamızın kapitanı Mahir Şükürov təəssüratlarını gabalafc.az-la bölüşüb:

“Matça ciddi hazırlaşmışdıq. Rəqib hazırda turnir cədvəlinə başçılıq edən “Neftçi” olduğundan komanda oyuna məsuliyyətli yanaşırdı və xüsusi köklənmişdi. Bizim də öz öhdəliyimiz, öz hədəflərimiz var. Buna çatmaq üçün bütün şanslardan itifadə etməli olduğumuzu yaxşı bilirdik. Qarşılaşmaya sürətli başladıq. Əlimizə düşən şanslardan da maksimum yararlandıq. Bizi dəstəkləyən bütün tamaşaçılara təşəkkürümü bildirirəm. Bu qələbəni klubumuzun azarkeşlərinə və rəhbərliyə həsr edirik”.  

Mahir Şükürov iki gün sonra ölkə kubokunda, ardınca da Premyer Liqada “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin hər iki matçdan sərfəli nəticələr hədəflədiyini bildirdi:  

“Bu qələbədən sonra arxayınlaşmaq olmaz. Bizi kubok, ardından da Premyer Liqada “Qarabağa”la çətin oyunlar gözləyir. Qarşımıza hər iki oyundan sərfəli nəticələr əldə etməyi məqsəd qoymuşuq. İnanıram ki, məqsədimizə çatacağıq”.