«Bunlar aşkar görünürdü»
Xəbərlər / 26 Avqust 2017 | 23:28379
«Bunlar aşkar görünürdü»

Topaz Premyer Liqasının III turunun “Qarabağ” – “Qəbələ” matçından (2:1) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyunun nəticəsi motivasiyamıza  təsir edə bilməz. Matça gəlincə, bir sıra epizodlar oldu ki, ustalıq çatışmırdı. Bunlar aşkar görünürdü. Düzgün olmayan qərarlar da diqqətimi çəkirdi. Ustalıq tədricən qazanılır və çox şey öyrənmək mümkündür. Amma yaxşı olardı ki, futbolçunun öz ustalıq səviyyəsi olsun. Əlbəttə ki, biz hələ çox artıracağıq. Bu gün heyətimizdə elə oyunçular gördüm ki, onların ustalığı xoşuma gəldi. Lakin bunu hamıya aid etmək olmaz. Gənc, istedadlı futbolçu tapmaq çətindir. Özümüzdə olan belə futbolçuların səviyyəsini qaldırmağa çalışmalıyıq. Başqa yol görmürəm. Bu gün hakimlik çox yüksək səviyyədə idi”.