Cavid Hüseynov mövsümün sonunadək «Qəbələ»də
Xəbərlər / 17 Oktyabr 2016 | 17:051015
Cavid Hüseynov mövsümün sonunadək «Qəbələ»də

"Qəbələ" İdman Klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb. Anlaşmanın müddəti mövsümün sonuna kimidir.

Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.