Cavidan Sərkarlı Rusiyada gümüş medal qazandı
Boks / 25 Mart 2016 | 15:551005
Cavidan Sərkarlı Rusiyada gümüş medal qazandı

“Qəbələ” İdman Klubunun yeniyetmə boksçuları Rusiyanın Xarabali şəhərində təşkil olunan eyniadlı rayonun açıq turnirində iştirak edib. Həlak olan beynəlmiləl döyüşçülər, sərhədçilər, lokal münaqişə iştirakçılarının xatirəsinə həsr olunan yarış Ümumrusiya turniri çərçivəsində baş tutub. “Qəbələ” bu turnirdə rayon bölməsinin 6 boksçusu ilə təmsil olunub. Onlardan biri yarışı fəxri kürsüdə başa vurub. 48 kq çəki dərəcəsində çıxış edən Cavidan Sərkarlı finaladək bütün rəqiblərinə qalib gələrək, yalnız həlledici qarşılaşmadan məğlub ayrılıb. Rusiyada gümüş medal qazanan boksçumuz ardıcıl 2-ci il qonşu ölkədən mükafatla dönür. Sərkarlı ötən il eyni turnirdə qızıl medal əldə etmişdi.