Cehua qol hesabını açdı, Lyubo 75-ə çatdı
Xəbərlər / 27 Noyabr 2011 | 20:00940
Cehua qol hesabını açdı, Lyubo 75-ə çatdı

“Bakı” ilə Premyer Liqanın XIV turunun oyununda komandamızın təsəlli qolunu vuran Serje Cehua “Qəbələ”də qol hesabını açıb. Yeni komandasında ilk qolunu 6-cı matçında vuran Fil Dişi Sahilindən olan hücumçu bununla da adını “Qəbələ”nin qolçuları siyahısına yazdırıb. Bu il Dişi Sahilindən olan legionerin komandamızda ilk penaltisi olub. Ümumilikdə isə 6-cı mövsümdür güclülər dəstəsində çıxış edən “Qəbələ” bu müddətdə 21-ci 11 metrlik zərbəni vurub. Bunların 17-də qola sevinən komandamızın heyətində son matçadək 10 futbolçu penalti vurmuşdu. Bu siyahıda 11-ci olan Cehua ilk afrikalı olub ki, “Qəbələ” üçün penalti vurub.

“Bakı” ilə səfər matçınadək “Qəbələ”nin heyətində 68 futbolçu qol vurmuşdu ki, onların yalnız 47-si buna Premyer Liqada nail olmuşdu. Cehua klubumuzun tarixində qol vuran 69-cu futbolçu olmaqla yanaşı ölk çempionatının güclülər dəstəsində bunu bacaran 48-ci oyunçumuz oldu.

XIV tur futbolçumuz Lyubo Baranin üçün əlamətdar olub. Belə ki, komandamızın legioneri yubiley matçına çıxıb. “Bakı” ilə matçadək 74 dəfə “Qəbələ” formasında meydana çıxan Baranin 75-ci oyununu paytaxtda qeyd edib. 2009-cu ilin yayında komandamıza transfer olunan futbolçu bu matçların 70-ni çempionat, 5-ni kubokda keçirib. Bu isə o deməkdir ki, “Bakı” ilə görüş həm də Premyer Liqada 70-ci qarşılaşma olub.

mövsüm turnir oyun Dəqiqə qol Vərəqə Qırmızı
2009/10 çempionat 30 2676 0 7 0
2009/10 kubok 2 180 0 0 0
2010/11 çempionat 27 2429 2 5 1
2010/11 kubok 3 270 1 0 0
2011/12 çempionat 13 1085 1 1 0
 75 6640 4 13 1

Qeyd edək ki, Baraninə qədər yalnız 5 futbolçu komandamızın heyətində 75 oyun səddini adlamışdı. Lyubo bu siyahıda 6-cı oldu. 

N futbolçu oyun
1 Abdulkader Kamara 96
2 Azər Həşimov 95
3 Pavel Doroşev 86
4 Samir Zərgərov 84
5 Əli İsmayılov 82
6 Lyubo Baranin 75