Cehuanın qolu “Qəbələ”yə yetmədi
Oyun icmalı / 25 Noyabr 2011 | 20:001080
Cehuanın qolu “Qəbələ”yə yetmədi

"Bakı" 2:1 "Qəbələ"

26 noyabr 2011. Saat 13:30. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Namiq Hüseynov
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndələri: Oqtay Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Elvin Əliyev, 20 (rəqibə badalaq vurduğuna görə) // Viktor Mendi, 16 (rəqibə badalaq vurduğuna görə); Nuran Qurbanov, 35 (simulyasiya); Vurğun Hüseynov, 41 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə)
Qollar: Deividas Çesnauskis, 17; Uinston Parks, 29 // Serge Djiehoua, 88 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Unibank Premyer Liqasının 14-cü turunda “Qəbələ” səfərdə “Bakı” ilə üz-üzə gəldi. Hər iki komanda medallara iddialı olduğundan matçın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilirdi. “Qəbələ” paytaxt təmsilçisi önünə ötən tur “Neftçi”ni məğlub etmiş heyətə bir dəyişiklik etməklə çıxmışdı. Zədəli Deon Bartonu gənc Nuran Qurbanov əvəzləmişdi.
Matç tərəflərin ehtiyatlı hücumları ilə başladı. Komandamız ilk dəqiqələrdə topa daha çox nəzarət edən tərəf olsa da, paytaxt təmsilçisi oyunun gedişini dəyişə bildi. Rəqibin hücum xəttində xüsusilə Uinston Parks fəallığı ilə seçilirdi. Məhz onun 17-ci dəqiqədə sağ cinahdan təşkil etdiyi hücumu Deividas Çesnauskis dəqiq zərbə ilə tamamladı: 1-0.  “Qəbələ”nin ön xəttində isə Serje Cehua uğur qazanmağa çalışırdı. Lakin rəqib müdafiəçilərin diqqətli oyunu Serjenin ilk yarıda fərqlənməsinə imkan vermədi. Əvəzində “Bakı” hesab arasındakı fərqi 2 topa çatdırdı. Müdafiəçilərin səhvindən istifadə edən Parks ilk 45 dəqiqənin hesabını müəyyənləşdirdi: 2-0.
“Qəbələ” ikinci hissədə daha aktiv tərəf  idi. Yaşar Abuzərov və Lyubo Baraninin oyuna daxil olması “Bakı”nın hücumlarının kəsərini azaltmaqla yanaşı, komandamızın ön xəttdə daha fəal çıxış etməsinə rəvac verdi. Bir neçə epizodda Fatih Kavlakın yetirmələrinin fərqlənmək şansları olsa da, son anda futbolçularımızın qeyri-dəqiqliyi hesabın dəyişməsinə imkan vermədi. 88-ci dəqiqədə isə “Qəbələ”nin səyləri nəticə verdi. Sol cinahdan rəqibin cərimə meydançasına daxil olan Luiz Hilario Dodonun qarşısı kobudluqla alındı və görüşün hakimi penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Cehua qüvvətli zərbə ilə “Qəbələ”ni ümidləndirdi: 2-1. Lakin matçın qalan dəqiqələrində komandamızın fəallığı nəticəsiz qaldı və “Qəbələ” “Bakı” qarşısındakı uğursuz seriyanı qıra bilmədi.

"Bakı"

1. Marko Şarlija
3. Deniss İvanovs
6. İbrahim Karqbo
7. Deividas Çesnauskis
8. Junior Xavier Vilson
11. Elvin Məmmədov
14. Elvin Əliyev
15. Cəmşid Məhərrəmov (k)
25. Şəhriyar Əliyev
36. Uinston Parks
(85. Joao Silvinyo de Karvalyo, dəq.85)
77. Aleksandar Soliç
(4. Vadim Borets, dəq.90+1)

Ehtiyat oyunçular:
16. Aqil Məmmədov
5. Stevan Bates
20. Fabio Luis Ramin
21. Novruz Məmmədov
99. Rəhman Hacıyev

Baş məşqçi: Aleksandrs Starkovs

“Qəbələ”

12. Pavel Doroşev
3. Vurğun Hüseynov
8. Bruno da Silva
9. Viktor Mendi
(17. Arif İsayev, dəq.80)
11. Serge Djiehoua
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
20. Stiv Olfers
(6. Lyuba Baranin, dəq.40)
25. Nuran Qurbanov
(7. Yaşar Abuzərov, dəq.60)
33. Saşa Yunisoğlu (k)
77. Luiz Paulo Hilario Dodo

Ehtiyat oyunçular:

30. Qrem Smit
16. Abdulkader Kamara
22. Murad Hüseynov
26. Daniel Lopes Kruz

Baş məşqçi: Fatih Kavlak