Cüdoçularımız vətənə döndü
Cüdo / 24 Sentyabr 2013 | 06:42695
Cüdoçularımız vətənə döndü

Azərbaycanın gənclərdən ibarət cüdo yığmasının Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Gənclər arasında Avropa çempionatındakı uğurlu çıxışı barədə xəbər vermişdik. Ümumilikdə 2 qızıl və 3 bürünc medal qazanan yığma komandamız bu gün səhər saatlarında vətənə dönüb. Aralarında "Qəbələ" Cüdo Klubunun üzvü, Avropa çempionatının bürünc medalçısı Mehman Sadıqovun da yer aldığı kollektiv Heydər Əliyev Beynəlxalq Hava Limanında cüdosevərlər tərəfindən coşqu ilə qarşılanıb. Hava Limanında ölkə media orqanlarının iştirakı ilə brifinqlər təşkil olunub.