Cüdoçularımızdan 7 medal
Cüdo / 14 Yanvar 2017 | 11:56773
Cüdoçularımızdan 7 medal

Cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə yekun vurulub. “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilən yarışda 200-ə yaxın cüdoçu qüvvəsini sınayıb. “Qəbələ” İdman Klubunun təmsilçiləri də iki gün davam edən yarışda tatamı üzərinə çıxıblar. İdmançılarımız yarışda 7 medal qazanıblar. Bunlardan üçü qızıl, üçü gümüş, biri bürünc olub. Yaqub Cavadov 66 kq, İmran Yusifov 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər. Rövşən Əliyevin qızıl mükafata yiyələndiyi 55 kq çəki dərəcəsində iki cüdoçumuz fəxri kürsüyə qalxıb. Rəşad Yelkiyev 3-cü yerə laqyi görülüb. Aydın Ələkbərov 73 kq, Vüsal Orucov +100 kq çəki kateqoriyasında finaladək irəliləsə də, həlledici qarşılaşmada uduzaraq 2-ci olublar. Qızların yarışında yeganə təmsilçimiz Ruziyyə Kərimova da finalda məğlub olub. 63 kq çəkidə çıxış edən idmançımız gümüş medal qazanıb.