Cüdoçularımızdan növbəti uğur
Cüdo / 29 Aprel 2013 | 10:54585
Cüdoçularımızdan növbəti uğur

"Qəbələ" cüdoçuları uğurlarına daha bir səhifə əlavə ediblər. 1999-2000 təvəllüdlü oğlan idmançılar arasında keçirilən III Qafqaz Oyunlarına qatılan komandamız yarışı ilk pillədə tamamlayıblar. 17 komanda arasında keçirilən turnir gərgin mübarizəyə səhnə olub. Komandamızı təmsil edən 12 cüdoçudan yalnız biri yarışı medalsız tərk edib - 3 qızıl, 5 gümüş, 3 bürünc. Ümumi hesabda 43 xal toplayan "Qəbələ" bütün komandaları qabaqlayaraq III Qafqaz Oyunlarının qalibi olub.

1. "Qəbələ" İK - 43 xal
2. "Lokomotiv" İC - 27,5 xal
3. "Qızıl Əlcək" İK - 21 xal