Cüdoçumuz dünya çempionatında gümüş qazandı
Xəbərlər / 18 Oktyabr 2017 | 21:16285
Cüdoçumuz dünya çempionatında gümüş qazandı

Xorvatiyanın Zaqreb şəhərində keçirilən gənc cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Kəramət Hüseynov üçün uğurlu alınıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançımız keçirdiyi 5 görüşün dördündə qalib gəlməklə gümüş medala yiyələnib. Hüseynov öncə cənubi koreyalı Yeon Şenqbum, ABŞ təmsilçisi David Aqoqlia və monqolustanlı Amarbold Yaqvaraldorju məğlub edərək yarımfinala yüksəlib. Yaponiyalı Genki Koqa üzərində qələbə isə Hüseynova həlledici döyüşə vəsiqə verib. Finalda digər yaponiyalı Taiqo Suqimotoya məğlub olan Kəramət dünya çempionatını 2-ci pillədə başa vurub.