Cüdoçumuzdan bürünc medal
Cüdo / 10 Oktyabr 2017 | 22:38660
Cüdoçumuzdan bürünc medal

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri  yarışının ikinci günü “Qəbələ” İdman Klubunun təmsilçisi Fəqan Quluzadə üçün uğurlu alınıb. 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz mötəbər turnirin bürünc medalına sahib olub. Fəqan əfqanıstanlı Vahid Yosufzai və polşalı Yakub Kubieniç üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə israilli Saqi Mukiyə uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Qazaxıstan idmançısı Bekjan Abdullayevə qalib gəlib.

Qeyd edək ki, Daşkənddəki yarışda 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançı qatılıb.