Deon Bartondan Elnur Mustafazadəyədək - Statistika
Xəbərlər / 11 İyun 2012 | 07:09385
Deon Bartondan Elnur Mustafazadəyədək - Statistika

- Unibank Premyer Liqasının 2011/12 mövsümündə 30 futbolçu “Qəbələ”nin şərəfini qoruyub.

- Unibank Premyer Liqasının 2011/12 mövsümündə “Qəbələ”nin heyətində ən çox oyun keçirən Luiz Paulo Hilarodur – 31 oyun.

- Ümumilikdə 13 futbolçu oyunların yarıdan çoxunda – minimum 17 qarşılaşmada meydana çıxıb.

- 4 futbolçu isə cəmi 1 oyunda iştirak edib. Bunlar Amil Yunanov, Sergey Sokolov, Elnur Mustafazadə və Seymur Əsədovdur.

- Dəqiqə etibarilə Luis Paulo Hilario hamıdan çox, Sergey Sokolov hamıdan az oynayanlardır – müvafiq olaraq 2734 və 1 dəqiqə.

- 30 futbolçudan 2-si qapıçıdır: Pavel Doroşev və Qrem Smit.

- Digər 28 futbolçu isə sahə oyunçularıdır.

- Bu oyunçulardan 12-si qol sevinci yaşayıb.

- Hərəyə 9 dəfə fərqlənən Luiz Paulo Hilario və Yannik Kamanan “Qəbələ”nin bombardirləri olub. Viktor Mendi 8, Deon Barton 6 qol vurub.

- Komandamızın 3 futbolçusu penalti zərbəsi vurub. Serj Cehua və Deon Barton zərbəni dəqiq yerinə yetiriblər. Yannik Kamanan isə 11 metrlik zərbədən qol vura bilməyib.

- Qapıçı Pavel Doroşev 3 penalti zərbəsindən yalnız 1-ni buraxıb. 2 halda isə top qapıdan keçməyib.

- “Qəbələ” çempionat ərzində 73 sarı vərəqə ilə cəzalanıb.

- 30 futbolçudan 22-si ən azı 1 sarı vərəqə alıb. 

- Hamıdan çox – 7 dəfə Luiz Paulo Hilario cəzalanıb. Vurğun Hüseynov, Daniel Lopez Kruz və Mahir Şükürov hərəyə 6 dəfə sarı vərəqə görüblər.

- Cəmi 8 futbolçu Premyer Liqa ərzində cəzalanmayıb.

- Onlar arasında ən çox oyun Arif İsayev keçirib. O, 12 matçı cəzasız keçirib.

- İntizamlılar arasında meydanda ən çox dəqiqə keçirən Elmar Baxşıyevdir – 400 dəqiqə.

- Komandamız çempionat ərzində 6 qırmızı vərəqə alıb. Mahir Şükürov digərlərindən çox – 2 dəfə cəzalanıb. Deon Barton, Aleksandr Çertoqanov. Nodar Məmmədov və Bruno da Silva 1 dəfə meydandan kənarlaşdırılıblar.

- 6 qırmızı vərəqədən 3-ü birbaşa, 3-ü isə 2-ci sarı vərəqə görə olub. Mahir Şükürov hər dəfə 1 səbəbdən qırmızı alıbsa, Aleksandr Çertoqanov və Bruno da Silva 2-ci sarı, Nodar Məmmədovla Deon Barton birbaşa meydanı tərk ediblər.

- “Qəbələ”nin şərəfini qorumuş oyunçuların 17-si yerli, 13-ü legioner statusu daşıyır.

- 17 yerli futbolçudan 3-ü - Murad Hüseynov, Sergey Sokolov, Aleksandr Çertoqanov milliləşən futbolçulardır. Aleksandr Çertoqanov Ukrayna, Sokolovla Hüseynov Rusiya vətəndaşlığı da daşıyır.

- Abdulkader Kamara isə Qvineya və Belçika pasportlarına malik olaraq 2 vətəndaşlığa malikdir.

- İkili vətəndaşlığı olan 4 oyunçunu saymamaqla daha 9 ölkədən olan oyunçular “Qəbələ”də oynayıb. Komandada Braziliyadan 3, Serbiyadan 2, Fransa, Fil Dişi Sahili, Şotlandiya, Yamayka, Seneqal, Hollandiya və Latviyanın hərəsindən 1 oyunçu oynayıb.

- Komandanın ən yaşlı futbolçusu Deon Barton olub. O, aprelin 22-də “İnter”lə keçirilən oyuna 35 yaş 5 ay 28 günlüyündə çıxıb.

- Komandanın ən gənc futbolçusu isə Elnur Mustafazadədir. O, debüt etdiyi aprelin 29-dakı “Bakı” ilə oyuna 16 yaş 7 ay 25 günlüyündə çıxıb.

- Ümumilikdə mövsümün sonunadək 30 futbolçudan 11-i 30 yaş həddini aşıb, 5-i isə 20 yaşı tamam olmayandır.

- “Qəbələ”nin 30 futbolçusunun orta yaş həddi 29 yaş 9 ay 4 gündür.

- Yannik Kamanan XXI-XXIII turlarda ardıcıl 3 matç meydanı qolsuz tərk etməyib. Bu, mövsüm üçün komandanın rekordudur. Özü də XXI və XXIII turlarda dubl müəllifi olan legioner ardıcıl 3 matçda 5 dəfə fərqlənib. 

- 7 dəfə hər hansı futbolçu ardıcıl 2 oyunda qol vurub. Deon Barton, Viktor Mendi hərəsi 2, Luiz Paulo Hoilario, Yannik Kamanan, Serj Cehouan hərəyə 1 belə uğuru var.

- “Qəbələ” 12 oyunda qapısını toxunulmaz saxlayıb. “Quru oyun”ların 9-u Pavel Doroşev, 3-ü Qrem Smitin hesabındadır.

- Pavel Doroşev XVI-XIX turlarda ardıcıl 4 oyunda qapısını toxunulmaz saxlayıb.

- Çempionat ərzində “Qəbələ”ni  meydana 4 kapitan çıxarıb: Mahir Şükürov – 19, Lyubo Baranin – 8, Saşa Yunisoğlu – 3, Vurğun Hüseynov – 2.


2011/12

OYUN

DƏQ

QOL

PEN

QOL

SARI

QIRM

CÜT

BİRBAŞA

Abdulkader Kamara

10

637

0

0

0

3

0

0

0

Aleksandr Çertoqanov

28

2241

2

0

0

4

1

1

0

Amil Yunanov

1

10

1

0

0

0

0

0

0

Arif İsayev

12

375

0

0

0

0

0

0

0

Bruno da Silva

24

2014

0

0

0

2

1

1

0

Daniel Lopes Kruz

23

1559

1

0

0

6

0

0

0

Deon Barton

21

1378

6

1

1

4

1

0

1

Elmar Baxşıyev

9

400

0

0

0

0

0

0

0

Elnur Mustafazadə

1

17

0

0

0

0

0

0

0

Luiz Paulo Hilario

31

2734

9

0

0

7

0

0

0

Lyubo Baranin

25

2165

2

0

0

1

0

0

0

Mahir Şükürov

19

1622

0

0

0

6

2

1

1

Murad Hüseynov

14

335

1

0

0

1

0

0

0

Nodar Məmmədov

18

819

1

0

0

2

1

0

1

Nuran Qurbanov

5

191

0

0

0

1

0

0

0

Pavels Dorosevs

25

2250

-25

3

1

5

0

0

0

Qrem Smit

7

630

-7

0

0

2

0

0

0

Rövşən Əmiraslanov

3

181

0

0

0

1

0

0

0

Saşa Yunisoğlu

17

1530

0

0

0

4

0

0

0

Sergey Sokolov

1

1

0

0

0

0

0

0

0

Serj Cehoua

9

529

2

1

1

3

0

0

0

Seymur Əsədov

1

22

0

0

0

0

0

0

0

Stiv Olfers

24

2053

0

0

0

2

0

0

0

Tərzin Cahangirov

5

273

0

0

0

0

0

0

0

Ürfan Abbasov

12

923

0

0

0

5

0

0

0

Veselko Trivunovic

14

1036

0

0

0

3

0

0

0

Viktor Mendi

28

2182

8

0

0

3

0

0

0

Vurğun Hüseynov

21

1890

1

0

0

6

0

0

0

Yannik Kamanan

14

1196

9

1

0

2

0

0

0

Yaşar Abuzərov

10

232

0

0

0

0

0

0

0