Deyan Kelhar «Qəbələ»də
Xəbərlər / 26 İyun 2012 | 05:20378
Deyan Kelhar «Qəbələ»də

“Qəbələ” 2012-2013 mövsümü öncəsi ilk əcnəbi futbolçu transferini reallaşdırıb. Ötən mövsümü Türkiyə Superliqasında “Samsunspor”un heyətində keçirən sloveniyalı Deyan Kelharla 2 illik müqavilə imzalanıb. Kelhar imzadan öncə İstanbul Acıbadem xəstəxanasında tibbi müayinədən keçib.  
Müdafiəçi mövqeyində çıxış edən Kelhar peşəkar futbolçu karyerasına 2003-cü ildə Sloveniyanın “Celje” klubunda başlayıb. Daha sonra “Olimpia” (Sloveniya), “Greuter Fürth” (Almaniya), “Cercle Brugge” (Belçika), “Legia” Varşava (Polşa), “Hapoel” Hayfa (İsrail) klublarında top qovub. Son mövsümdə “Samsunspor”un şərəfini qoruyan 28 yaşlı müdafiəçi 2 dəfə ölkəsinin yığma komandasının formasını geyinib. Kelhar son dəfə may ayının 26-da Yunanıstana qarşı baş tutan rəsmi yoldaşlıq oyununda Sloveniya millisinin start heyətində yer alıb.

Dosye

Deyan Kelhar 
Amplua: Müdafiəçi
Doğulduğu il: 05.04.1984
Doğulduğu yer: Brejiçe, Sloveniya
Boyu: 1,88 m