Doğma meydanda uğurlu start - «Qəbələ» «İnter»i tək qolla keçdi
Oyun icmalı / 10 Avqust 2012 | 12:32520
Doğma meydanda uğurlu start - «Qəbələ» «İnter»i tək qolla keçdi

"Qəbələ" - "İnter" 1:0

10 avqust 2012. Saat 19:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Azər Əsgərov
Dördüncu hakim: Fuad Həsənov 
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 65 (qeyri-idman hərəkəti); Luis Hilario, 86 (qeyri-idman hərəkəti) // George Adamia, 55 (qeyri-idman hərəkəti); Tales Şutz, 57 (simulyasiya)
Qol: Leurival Rodriges, 14  
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Azərbaycan Premyer Liqasının açılış turunda “Simurq”la heç-heçə edən “Qəbələ” 2-ci turda “İnter”i qəbul etdi. Doğma azarkeşlərimiz önündə ilk matça komandamız uğurlu start götürdü və yenə erkən qola sevindi. Sağ cinahdan əla sürət yığan Dodo qapı qarşısına ötürmə verdi. Cərimə meydançasında isə rəqibi qabaqlayan Lourival Rodriqes bir toxunuşla toru silkələdi. Bu qoldan sonra da “Qəbələ” bir neçə dəfə fərqlənmək imkanı yaxaladı. Komandamızın heyətində, xüsusən də, Dodo sürətli reydləri ilə seçilirdi. Rəqib “İnter”in də təhlükəli hücumları olsa da, 1:0 hesabını sona qədər qoruyan komandamız cari mövsümdə ilk qələbəsini qazandı.

“Qəbələ”

25. Kosta Silva Dieqo
8. Bruno Da Silva
10. Luis Paulo Hilario
11. Yannik Kamanan
(9. Viktor Mendi, dəq.62)
15. Kalabane Umar
18. Aleksandr Çertoqanov (k)
22. Lourival Rodriqes
(21. Elmar Baxşıyev, dəq.70)
27. Rəşad Abdullayev
(3. Vurğun Hüseynov, dəq.87)
94. Murad Musayev
84. Kelhar Deyan  
88. Nodar Məmmədov

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
20. Rəşid Əmiraslanov
23. Şəhriyar Xəlilov
99. Amil Yunanov

Baş məşqçi: Fatih Kavlak

                 
“İnter”

1. Giorgi Lomaya 
5. Slavço Georgiyevski
10. George Adamiya
11. Asif Məmmədov
(8. Nizami Hacıyev, dəq.69)
15. Volodimir Levin (k)
18. İlia Kandelaki
20. Brüs Abdulaye
23. Tales Şütz
47. Abdulla Abatsiyev
77. Ruslan Əmircanov
(21. Arif Daşdəmirov, dəq.88)
87. Haynts Barmettler
(28. Baçana Sxadadze, dəq.72)

Ehtiyat oyunçular:

74. Revaz Tevdoradze
6. Samir Zərgərov
24. Fuad Bayramov
25. İbrahima Niasse

Baş məşqçi: Kaxaber Sxadadze

Kaxaber Sxadadze: “Qəbələ”ni qələbə münasibətilə təbrik edirəm. Oyun demək olar ki, “Qəbələ”nin qapısı qarşısında keçirdi. Ancaq qol epizodlarında bəxtimiz gətirmirdi. Bir futbolçu 4 qol epizodundan yararlana bilmirsə, gah qapıçı topu çıxardırsa, gah zərbə dəqiq olmursa, burda həm bəxtsizlik var, həm də futbolçu öz üzərində işləməlidir".

Fatih Kavlak: ““İnter” Azərbaycanın ən güclü komandalarındandır. Rəqib oyun boyu üstün olsa da, nəticəyə baxmaq lazımdır. Əlimizə düşən imkandan maksimum yararlandıq. Üç xalı qazandığımız üçün şadıq. “İnter”ə uğurlar arzulayıram”.