Ebesilionun qolu «Qəbələ»yə yetmədi
Oyun icmalı / 9 Mart 2014 | 11:51857
Ebesilionun qolu «Qəbələ»yə yetmədi

"Qəbələ"-"Neftçi" 1:2

09 mart 2014. Saat 13:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Elşən Acalov
Dördüncü hakim: Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Nikola Valentiç, 6 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Lorenzo Ebesilio, 90+2 (hakimin qərarına etiraz) // Mahir Şükürov, 82 (bilərəkdən əl ilə oyun) 
Qollar: Lorenzo Ebesilio, 68 // Bahodır Nasimov, 29; 64 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Premyer Liqanın XXV turunda "Qəbələ" doğma meydançada "Neftçi"ni qəbul etdi. Yuxarı yerlər uğrunda mübarizə aparan komandaların mübarizəsinin gərgin və maraqlı keçəcəyi gözlənilən idi.
Matç tərəflərin kəşfiyyat xarakterli hücumları ilə start götürdü. Dəqiqələr irəlilədikcə kəşfiyyat yerini qarşılıqlı hücumlara verdi. Belə hücumların birində matçın 29-cu dəqiqəsində qonaqlar hesabı açdılar. Müdafiəçilərin səhvindən yararlanan Bahodir Nasimov topu tora göndərdi. "Qəbələ" ilk hissə ərzində Yannik Kamanan, Viktor Mendi və Ebesilionun ifasında hesabı bərabərləşdirmək imkanı yaxalasa da, bu şansları dəyərləndirə bilmədi.
İkinci hissəyə "qırmızı-qaralar" daha sürətli başlasalar da, qol qonaqlardan gəldi. Müdafiəçilərin nəzarətsiz qoyduğu Nasimov dublunu rəsmiləşdirməkdə çətinlik çəkmədi. Cəmi 4 dəqiqə sonra - 68-ci dəqiqədə "Qəbələ" hesab arasındakı fərqi azaltmağa müvəffəq oldu. Ebesilio baxımlı qola imza atdı. Qoldan sonra irəli atılan meydan sahibləri final fitinədək bir neçə təhlükəli epizod yaratmağı bacarsalar da, rəqib qapısına yol tapmağa müəssər olmadılar. Matçın son yaddaqalan anı isə oyuna əlavə edilmiş 3-cü dəqiqəyə təsadüf etdi. Nizami Hacıyevin baş zərbəsi tirdən qayıtdı. Beləliklə, "Qəbələ" mövsümün 3-cü qarşılaşmasında da "Neftçi"yə məğlub oldu. 

“Qəbələ”

1. Kamran Ağayev
3. Nikola Valentiç
(7. Marat İzmaylov, 46)
4. Amid Quluzadə
(16. Ruslan Tağızadə, 46)
6. Volodimir Levin (k)
9. Viktor Mendi
11. Yannik Kamanan
14. Lorenzo Ebesilio
18. İbrahima Niasse
31. Daniel Subotiç
36. Elnur Allahverdiyev
42. Leonardo da Silva 
(8. Nizami Hacıyev, 65)

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
19. Abdulvahid Afolabi
22. Lourival Assis
34. Ürfan Abbasov

Baş məşqçi: Yuri Syomin

“Neftçi”

30. Saşa Stamenkoviç
2. Karlos Kardoso
7. Araz Abdullayev (k)
9. Flavio Aleks Valensio 
14. Bahodır Nasimov
(6. Rəşad Sadiqov, 78)
15. Erik Ramos 
16. Bruno Bertuççi
19. Mirhüseyn Seyidov
(3. Denis Silva, 85)
22. Mahir Şükürov
32. Elvin Yunuszadə
90. Ernest Nfor 

Ehtiyat oyunçular:

1. Pavels Doroşevs 
5. İqor Mitreski
10. Cavid İmamverdiyev
11. Melvin Platye 
23. Ruslan Qurbanov

Baş məşqçi: Böyükağa Hacıyev